Milli Məclisin iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə hesabatının müzakirəsi zamanı ABŞ Dövlət Departamenti tənqid edilib.
Oxu.Az-ın məlumatına əsasən, deputat Azay Quliyev ABŞ Dövlət Departamentinin Azərbaycandakı insan hüquqları və media azadlığının vəziyyətinə dair hazırladığı hesabatlar həqiqətə söykənmir: “Bəzi Afrika ölkələri indekslərdə öndə göstərilir, bu, necə ola bilər”, - deyə o əlavə edib.
Deputat Siyavuş Novruzov isə qeyd edib ki, ABŞ 10 il əvvəlki hesabatların üzərində qalıb: “Bəzi Avropa ölkələrində miqrantlara qarşı polis zorakılıq edir, bir də görürsən ki, qayıq çevrilir və miqrantlar sularda boğulur. Amma Dövlət Departamenti bu cür halları qeydə almır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində 4 min azərbaycanlı itkin düşüb, Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırsa da, bunu görməzdən gəlirlər.
Deputat Sahib Alıyev düşünür ki, ABŞ Azərbaycana münasibətdə ikili standartlara yol verir: “ABŞ Yaxın Şərqdə yeritdiyi siyasət ilə insan alverinin genişlənməsinə yol açır. İndi də Ukrayna müharibəsi. Onsuz da Ukraynadan əvvəl də insan alveri sahəsində tranzit kimi istifadə edilirdi”.