Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların SAYI AÇIQLANDI

 29-01-2023

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 248 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 87, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 29 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 942 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 168, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 910, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 820, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 233 təşkil edir.

 

Bənzər yazılar

0.48111701011658