Tələbə qızlara əxlaqsız təkliflər etməkdə ittiham olunan MÜƏLLİM DƏRSLƏRƏ BURAXILMIR - VİDEOFAKT

 04-05-2022

Tələbə qızlara əxlaqsız təkliflər etməkdə ittiham olunan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov dərslərə buraxılmır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müəllimlə bağlı ittihamlar öz təsdiqini taparsa, ona qarşı ağır cəza tətbiq olunacaq:

“Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görüləcək. Müəllim özü də açıqlama verdi ki, ondan müəyyən məbləğdə pul istənilib və ödəmədiyi üçün video yayımlanıb. Gözləmə mövqeyindəyik, fakt təsdiqini taparsa, ən ağır şəkildə cəzalandırılacaq. Videodakı şəxslər universitetin tələbələri olmayıblar. Bundan öncə də bir neçə nəfərin oxşar videoları yayılıb”.

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb.

Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edib.

Bənzər yazılar

0.20385003089905