Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə ƏXLAQSIZ TƏKLİF EDİB? - VİDEOFAKT

 03-05-2022

Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib.

Bununla bağlı “Space TV”nin aparıcısı Amil Xəlil sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, həmin universitetin müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib. 

Jurnalistin sözlərinə görə, həmin faktla bağlı foto və videolar əldə edib. O, videoların montaj olmadığını əlavə edib. Eyni zamanda, adıçəkilən müəllimlə əlaqə saxladığını və məsələyə aydınlıq gətirmək üçün onu efirə dəvət etdiyini bildirib. E.Rəhimov isə bunun montaj olduğunu deyib.

Jurnalist qeyd edib ki, bir neçə tələbə qız bu təklifə razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.

Həmin videonu təqdim edirik:

Xoşagəlməz videosu yayılmış LDU-nun müəllimi Elşad Rəhimov deyib ki, ona 2021-ci ildə də belə videolar göndərirdilər və bu video montajdır, onun şəklimi qoyub belə video düzəldiblər. 

51 yaşlı müəllimin sözlərinə görə, yayılan bütün məlumatlar yalandır: "Tələbələrin hamısı mənim qızlarım kimidir, hamısı ilə də müəllim-tələbə kimi çox yaxşı münasibətim olub", - deyə o, qeyd edib. 

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayevin sözlərinə görə, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

Qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdı".

Bənzər yazılar

0.2124547958374