Azərbaycanın İrandakı səfirliyinə SİLAHLI BASQIN: Mühafizə xidmətinin rəisini QƏTLƏ YETİRİLİB

 27-01-2023

Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub. Xarici işlər Nazirliyi Azərbaycanın İrandakı Səfirliyinə silahlı bağlı açıqlama verib. 

XİN-dən Milletinsesi.info-a bildirilib ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub:

“Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir”.

“Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə qeyd edilib.

Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçi Orxan Əsgərov həlak olub.

Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub. Trend-in əldə etdiyi məlumata görə, terror aktını törədən şəxs İran vətəndaşı Yasin Hüseynzadə olub.

Bənzər yazılar

0.35836911201477