ABŞ Tatarıstan Prezidentinə qarşı sanksiyalar TƏTBİQ EDİB

 26-01-2023

ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirib.

Birləşmiş Ştatların Maliyyə Nazirliyindən verilən məlumata görə, məhdudiyyətlər siyahısına Tatarıstan Respublikası Prezidenti Rüstəm Minnixanov və Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovun adları da əlvə edilib.

Bununla yanaşı, “Vaqner” muzdlu dəstəsilə əlaqələrdə ittiham olunan bir sıra fiziki və hüquqi şəxslər də “qara siyahı”ya salınıb.

Həmçinin, bildirilir ki, ABŞ nazirliyi Rusiyanın bir sıra hərbi sənaye müəssisələrinə qarşı da analoji tədbirlər həyata keçirib. 

Öz növbəsində ABŞ Dövlət Departamenti isə Rusiya Silahlı Qüvvələrinin 531 nümayəndəsinə viza məhdudiyyəti qoyub.

Mənbə: TASS

Bənzər yazılar

0.43162989616394