“Kurtlar Vadisi”nin məşhur aktyoru qəfildən VƏFAT EDİB - FOTO/VİDEO

 26-01-2023

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında iki mövsüm oynayan aktyor Levent Güner 58 yaşında vəfat edib.

Milletinsesi.info-ın məlumatına görə, bu barədə onun həmkarı Zəfər Algöz xəbər verib.

Aktyor onun qəfildən, infarkt keçirərək dünyasını dəyişdiyini bildirib.

Levent Güner məşhur serialda “Pala”nın (Yüksel Arıcı) adamı “Bedir”i canlandırıb. Ssenariyə əsasən, o, “Pala” ilə İstanbula gələrək “Hüsrev Ağa”nın (Baykal Saran) yanında məskunlaşıb. “Pala”nın əmri ilə o, “Aslan Akbəyi” (Səlçuq Yöntem) üç güllə ilə öldürmüşdü.

Aktyor “Kurtlar Vadisi” serialından əlavə, “Mem u Zin”, “Böcek”, “Aylaklar”, “Dudaktan Kalbe”, “Amok Koşucusu”, “Acayip Hikayeler”, “Reaksiyon”, “Kaybolan Yıllar”, “Bu Sevda Bitmez” ve “Pilli Bebek” kimi layihələrdə rol alıb.

Bundan başqa, onun “Eski Bir Sevda” adlı albomu da olub.

Bənzər yazılar

0.4908881187439