Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisinin saxlanıldığı İDDİA OLUNUR

 26-01-2023

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində əməliyyat keçirir.

“Qaynarinfo.az” saytının yaydığı məlumatda Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-leytenant Vəzir Həsənovun saxlanıldığını iddia edib.

Qeyd olunub ki, o, 2022-ci ilin yanvar ayında Komitənin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin əmri ilə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

Vəzir Həsənovun adı Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri olan zaman bir sıra qalmaqallarda hallanıb.

Bənzər yazılar

8.3288130760193