Şəmkirdə I və II Qarabağ müharibəsi VETERANIN AİLƏSİNƏ QARŞI LAQEYDLİK

 01-05-2022

Rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev rayonu Mərkəzi Xəstəxananın Sığorta direktoru Emin İsmayılovun göstərişi (məsləhət) ilə idarə edir?!

Əlbir olub bir ayı bir şir ilə
Ovladılar dovşanı tədbir ilə
                               A.Krılov


Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, məmurlar sadə insanların qayğısına qalmalıdır, onlara xidmət etməlidirlər:

"Çox təssüflər olsun ki, Prezidentin bu tövsiyyəsini yerinə yetirən məmurlar çox azdır. Mərkəzdə bu hal qapalı olsada bölgələrdə bu hal qabarıq hiss olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə apardığı indiki vaxtda vətəndaşlara qarşı bəslənən haqsız münasibətlər haqlı olaraq narazılıq yaradır. Belə haqsızlıqla mərhum veteran Quliyev Nəsimi Ramazan oğlunun ailəsi də qarşılaşmışdır.

Bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarların incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın."

Şəmkir rayon C.M.Quluzadə küçəsi, ev 39-da qeydiyyatda olan və yaşayan (Ş/V AZE №14567709 və tel: 050 895-54-46) Bədəlova Səadət İsə qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Samirə Əliyevaya müraciət ünvanlayıb.

Ölkə Prezidenti İlahm Əliyevi, Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva və aidiyyatı orqan və Nazirliklərə müraciət edən Bədəlova Səadət İsa qızı yazır .

Möhtərəm cənab Prezident!

Yazıb sizə bildirirəm ki, 1 və 2-ci Qarabağ müharibəsi veteranı olan Quliyev Nəsimi Ramazan oğlu 1998-ci ildən (01.01.2022-ci ilə qədər işdən gəlib qəfil rəhmətə gedib) təcili yardım stansiyasında sürücülük vəzifəsində işləyib, işlədiyi müddət ərzində maşında texniki nasazlıq olanda həyat yoldaşım öz hesabına təmir etdirirdi. (analoji hal bütün sürücülərə aiddir).

Həyat yoldaşım rəhmətə gedəndən sonra mən Şəmkir rayon Mərkəzi Xəstəxanasının sığorta direktoru Emin İsmayılova müraciət etdim ki, həm ailəmizə bir təsəlli kimi, həm də maddi vəziyyətimizi yaxşılaşdırmaq üçün (ailədə işləyən bir mən) oğlum Quliyev Ramazanl həyat yoldaşımın yerinə təyin etsin, o, olmaz dedi. Oğlum Quliyev Akşın 2016-cı ildə aprel döyüşlərində iştirak etmişdir.

Digər oğlum Quliyev Babək isə hal-hazırda mənfur düşmənlərimiz ermənilərlə həmsərhəd olan Zəngilanda xidmətini davam edir. Mən Emin İsmayılovun verdiyi cavabdan çox məyus oldum ki, veteran ailəsinə belə laqeyid və ögey münasibət bəslədilər. 12.04.2020-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Tağıyev Rəşad cənablarına müraciət etməyə gedəndə görüdm ki, Emin İsmayılov cənab başçı Rəşad Tağıyevin yanındadır.

Mən cənab başçı Rəşad Tağıyevə müraciətimi bildirdikdə cənab başçı Emin İsmayılovua sual verdi. “Həkim bu qadının həyat yoldaşının yerinə oğlunu təyin etmək olarmı” Emin İsmayılovun cavabı konkret olaraq yox dedi, (çox əsəbi halda) Cənab başçı həkim nə dedisə odur dedi. Mən cənab başçının bu cavabından 2 qat məyus oldum və mənə elə gəldi ki, Şəmkir kimi strateji əhəmiyyətli rayonun başçısı Emin İsmayılovdur yoxsa Rəşad Tağıyev?

Cənab Prezident!

Mənim qan təzyiqim qalxdı, oğlanlarım çox məyus olaraq qoluma girib məni evə apardılar. Həyat yoldaşı vəfat etmiş qızım Əminə və bir övladı da mənim himayəmdədir.

Möhtərəm Prezident! İndi Sizdən xahiş edirəm ki, bizə (müharibə veteranı ailəsinə) qarşı laqeyid, qeyri-insani münasibət bəsləyən adları çəkilən məmurların ailəmizə qarşı laqeyid və ögey münasibətin qarşısını alasınız. Axı mənim mərhum həyat yoldaşım birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısı olub.

İmza: Səadət Bədəlova
16.04.2022-ci il


P.S. Dəyərli oxucular! Məlumatlı şəxsin (adı məlumdur) bildirdiyinə görə Rəşad Tağıyev ilə Emin İsmayılov öz məkrli planlarını yerinə yetirmək üçün Quliyev Nəsiminin yerinə təyin etdiyi Rzayev Muxtar Abdulla oğlu II qrup əlildir (astma xəstəsidir) Belə bir xəstə insanı təcili yardım maşınına sürücü təyin etmək olarmı?

Bənzər yazılar

0.20378112792969