“17 min hektar kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikilib. Amma faktiki olaraq bizdə bu torpaqlara aid səmərəlilik tələb edilir”.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
O bildirib ki, bu problem bələdiyyələrdən və icra hakimiyyətlərindən qaynaqlanır: “Bələdiyyələrin torpaqlar üzərində sərəncam vermək səlahiyyəti dayandırılıb, lakin icra hakimiyyətləri hələ də torpaqlarda tikinti aparmağa rəy verir”.
Nazirlik rəsmisi qeyd edib ki, bu məsələyə aydınlıq gətirilməlidir: “Ya bu torpaqlar əfv olunmalıdır, ya necəsə bununla bağlı məsələyə aydınlıq gətirilməlidir”.