Milli Məclisin deputatı Erkin Qədirli Azərbaycanda demokratik seçkilərin olmadığını bildirib.
O, bu barədə jurnalist Mehman Hüseynovun sualını cavablandırarkən danışıb.
Jurnalistin “Həqiqətən də, xalqın səsini qazanıb Milli Məclisdə oturan bir deputatın adını çəkə bilərsinizmi?” sualına deputatın cavabı belə olub: “Vallah, onu heç özüm haqqında da deyə bilmirəm. Çünki demokratik seçki olsa, bunu əminliklə demək olardı. Amma demokratik seçki yoxdur axı bizdə”.