Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinə minalardan təmizləmə sahəsində Böyük Britaniya mütəxəssisləri tərəfindən 2 həftəlik təlim proqramı keçirilir.
Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında məlumat verilib.
Məlumatda qeyd olunur ki, Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən bu proqram çərçivəsində zabitlərə partlayıcı təhlükələrdən məlumatlılıq ilə bağlı bir çox sahələrdə nəzəri və praktiki təlimlər keçirilir.
Selected Officers of the Azerbaijan Armed Forces begin a 2 week training package delivered by UK experts in the field of demining. Funded by the UK MOD, the Officers are undertaking theoretical and practical training in many areas associated with Explosive Hazards Awareness.???????????????? pic.twitter.com/t5KZbfjnde
— UK in Azerbaijan (@ukinazerbaijan) January 25, 2023