Gədəbəydə yaşlı qadın dəm qazından ZƏHƏRLƏNİB

 25-01-2023

Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə rayonun Nəriman kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Fulora Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

61 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, F.Huseynova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Bənzər yazılar

0.44319295883179