Azərbaycandan olan kulturist - Meksikada onu cadugər adlandırırlar

 01-05-2022

Meksikada onu cadugər və ya cin adlandırırlar. ABŞ-da – yadplanetli.

Lent.az xarici mediaya istinadla bildirir ki, ancaq Bahar Nəbiyevanın özü artıq bu cür qiymətləndirmələrə reaksiya vermir və onlara mərhəmətlə və təbəssümlə yanaşır.

Və hər şeyin "günahkarı" qeyri-adi görünüşüdür. Qızın tamamilə qara gözləri və nazik dərisi altında polad əzələləri var. 

Boyu 168 santimetr olan Nəbiyevanın çəkisi 63 kiloqramdır. O həm çəki, həm də bədən quruluşu baxımından ənənəvi model parametrlərindən çox kənara çıxır.

O, peşəkar şəkildə idmanla məşğul olur və internet istifadəçilərini şoka salmağa davam edərək öz zövqü üçün yaşayır.

Yeri gəlmişkən, Baxar Nəbiyevanın müxtəlif sosial şəbəkələrdə milyonlarla abunəçisi var. Onun pərəstişkarlarının da sayı çoxdur. O, bütün dünyada izləyiciləri tərəfindən sevilir və tanınır.

Bənzər yazılar

0.18865895271301