Pensiyalar 15 faiz ARTACAQ

 23-01-2023

“Pensiya artımı yüz min pensiyaçını əhatə edəcək”.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə hər şey qeyd edilib. Bildirim ki, bununla da pensiya 15 faiz artacaq. Bundan başqa, bizim əsas diqqətimiz şəhid ailələri, həssas qruplara ayrılacaq. Maaş artımı ilə bağlı deyə bilərəm ki, bu ilin sonuna Azərbaycanda orta aylıq əməkhaqlarının 900 manata çatacağı gözlənilir”, - deyə komitə sədri vurğulayıb.

Komitənin sədri Musa Quliyev qeyd edib ki, pensiyaların artıq ödənilməsində məsuliyyət daşıyan qurumların əməkdaşları məsuliyyətə cəlb olunacaq: “Artıq ödənilən pulun qaytarılmasına gəlincə, son 3 il üçün amnistiya tətbiq olunub. 3 ildən əvvələ gəlincə, vətəndaş artıq ödənilən pensiya məbləğini alıb xərcləyibsə, vətəndaş da qaytaracaq. Ən çox yanlış ödəmələr 2020-ci ilə qədər olub. 2020-ci ildən sonra isə çox cüzi artıq pensiya ödəmələri olub”.

O deyib ki, qanunvericiliyə son dəyişikliyə əsasən, artıq ödənilən pensiyaların yalnız son 3 ildə ödənilən hissəsinə amnistiya tətbiq ediləcək: “Ancaq 3 ildən əvvəl ödənilən artıq pensiyanı niyə vətəndaş təkbaşına ödəməlidir? Bu pensiyanın artıq ödənilməsində həkim komissiyasının, müvafiq dövlət qurumunun nümayəndələrinin bilavasitə iştirakı olub, onlar da bu vəsaitin geri qaytarılmasına cəlb olunmalıdır”.

Bənzər yazılar

1.344838142395