Şəmkirin Könüllü kəndində əsas məşğuliyyət əkinçilik olsa da, sakinlər illərdir torpaqlarını suvara bilmirlər.
Sakinlərin sözlərinə görə, 2010-cu ildə artezianın sayğacı xarab olub və onlar aidiyyəti qurumlara müraciət etsələr də, yeni sayğac əldə edə bilməyiblər.
“100-dən artıq ailənin çörəyi kəsilib”, - deyə sakinlər bildiriblər.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: