Azərbaycan son bir ildə valyuta ehtiyatlarını NEÇƏ FAİZ ARTIRIB?

 18-01-2023

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 58 029,3 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 84,5 %-i və yaxud 49 033,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15,5 %-i və yaxud 8 995,7 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 4 975,6 milyon ABŞ dolları və yaxud 9,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 647,2 milyon ABŞ dolları və yaxud 8 %, AMB-nin valyuta ehtiyatlarında isə 1 328,4 milyon ABŞ dolları və yaxud 17,3 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 5 928,8 milyon ABŞ dolları və yaxud 11,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 4 008,5 milyon ABŞ dolları və yaxud 8,9 %, AMB-nin valyuta ehtiyatları isə 1 920,3 milyon ABŞ dolları və yaxud 27,1 % artım nümayiş etdirib.

 

ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.01.2023

49 033,6

8 995,7

58 029,3

01.10.2022

45 386,4

7 667,3

53 053,7

01.07.2022

45 306,8

7 371,9

52 678,7

01.04.2022

45 264,0

7 136,5

52 400,5

01.01.2022

45 025,1

7 075,4

52 100,5

Bənzər yazılar

0.14219498634338