Mərkəzi Banka yeni təyin olunan Umeyra İbrahimova KİMDİR?

 18-01-2023

Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bu vəzifəyə təyin olunan İbrahimova Umeyra Fərhad qızının əvvəlki iş yeri “PAŞA Bank” ASC-də Beynəlxalq bazarlar şöbəsinin müdiri vəzifəsi olub.

1987-ci il təvəllüdlü Umeyra İbrahimova 2004-cü ildə Yasamal rayonundakı 20 saylı orta məktəb-liseyi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2008-2010-cu illərdə Mərkəzi Avropa Universitetində magistr təhsili alıb.

İş həyatına 2012-ci illərdə “PASHA Capital” QSC-də broker kimi başlayıb. 2016-cı ildən 2021-ci ilə kimi “PAŞA Bank”ın Xəzinədarlıq departamentində mütəxəssis kimi çalışıb.

Onu da bildirək ki, “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov Mərkəzi Bankın sədri olduqdan sonra bir sıra yüksək vəzifələrə keçmiş iş yoldaşlarını təyin edib. Vaxtı ilə “PAŞA Bank” ASC-də işləyən Gülər Paşayeva Mərkəzi Bankın baş direktoru, Fərhad Vəliyev sədrin müşaviri, Elçin Əlizadə isə daxili audit departamentinin direktoru təyin olunublar.

Bunlardan başqa, Taleh Kazımov “PAŞA Holding”ə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində İnsan resursları və inzibati direktor vəzifəsində çalışmış Oksana İsmayılovanı Mərkəzi Bankın İnsan resursları departamentinin direktoru təyin edib.

Bənzər yazılar

0.15776491165161