Ermənistan hərbi hissələrindən birində əsgər hərbçi yoldaşını ölümcül yaralayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, aprelin 28-də N saylı hərbi hissənin əsgəri, 2002-ci ildə anadan olmuş Samvel Sanoyan əsgər yoldaşının açdığı atəş nəticəsində xəsarət alıb və xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Sputnik Ermənistan