Şərqi Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi BAŞA ÇATIB

 17-01-2023

“Şərqi Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər başa çatır”.

“Report” xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, həmin ərazilər 30 ilə yaxın müddətdə işğal altında olduğu üçün ehtiyatları dəyərləndirmək mümkün olmayıb:

“Zəfərdən sonra bizim ilk fəaliyyətimiz oranın mineral xammal ehtiyatlarının qiymətləndirilməsinə yönəldi. Artıq bu işlər başa çatmaqdadır. Bizim məqsədimiz işğal dövründə ölkəmizə dəymiş zərərin miqyasının müəyyən edilməsidir. Həmin zərər müvafiq qurumlara təqdim edilməklə gələcəkdə bəlli hüquqi təzminat davasının açılmasına xidmət edəcək”.

Bundan başqa, işğal dövründə Azərbaycanın Söyüdlü, Vejnəli, Dəmirli və Qızılbulaq yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb.

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, sözügedən şirkətlər aşağıdakılardır:

“Kanadanın “Sterlite Gold” LTD və “First Dynesty Mines”; İsveçrənin “Base Metals”, “Vallex Group”; Rusiyanın “Geopro Mayninq Gold Company”; isveçli və lixtenşteynli sahibkarların ortaq olduqları Ermənistanın “Armenian Copper Programme”; ABŞ-nin “Global Gold” və Hindistanın “Vedanta Resourcess”.

Bənzər yazılar

0.14356112480164