64 milyon manatlıq tenderlər qazanan «diribaş» ŞİRKƏT – NÖVBƏTİ «TENDER ÇEMPİONU» - SİYAHI MƏBLƏĞLƏR

 16-01-2023

Azərbaycanda dövlət satınalmaları sahəsində daha bir «tender çempionu» aşkar edilib.

FED.az xəbər verir ki, bu - “Protean Construction” ASC-dir (VÖEN: 9900062801).

Sözügedən şirkət dövlət satınalmalarında 3 ildir ki, iştirak edir və bu dövrdə qalib gəldiyi 10 tenderlə 64,3 milyon manatlıq sifariş əldə etməyi bacarıb.

Xatırladaq ki, “Protean Construction” ASC 20 ilin şirkətidir, 7 yanvar 2001-ci ildə yaradılıb, reyestrdə sonuncu dəfə 2020-ci ilin 17 iyulunda çıxarış alınıb. Şirkətin hüquqi ünvanı AZ1026, Bakı Şəhəri Xətai Rayonu, Kazımağa Kərimov, ev 236-da yerləşir. Nizamnamə kapitalı 160 672 manat, Qanuni təmsilçisi isə Təhməzov Məhəmməd Ağca oğludur.

2019-cu ildə “Protean Construction” ASC «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi ilə işləyib – bu qurumdan ümumi məbləği 5,8 milyon manat olan 2 tenler qazanıb. 2021-ci ildən «Azərsu» ilə əlaqələr qurulub və şirkət ölkənin su xidmətləri operatorundan mütəmadi olaraq iri tenderlər udmağa başlayıb.

2021-ci və hələ başa çatmayan 2022-ci illər ərzində “Protean Construction” ASC «Azərsu» ASC-dən ümumilikdə 58,5 milyon manatlıq tenderlər qazanıb. “Protean Construction” ASC  iri tenderlərlə işləyir, indiyədək onun ən kiçik tenderi 800 min manat olub, daha sonra isə bütün tenderlər milyonluq məbləğlə ölçülüb. Ən böyük tender də «Azərsu»dan udulub – 13,1 milyon manat.

“Protean Construction” ASC (9900062801)

s/n

Tender elan edən təşkilatın adı

Lotun adı

Məbləğ

(manat)

Tarix

1

“AZƏRSU” ASC

“Regionlarda kənd yaşayış məntəqələrində su təchizatı sisteminin tikintisi” layihəsi çərçivəsində “Şabran, Gədəbəy və Şəmkir rayonlarının bir sıra kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması

9 119 847

10.11.2022

2

“AZƏRSU” ASC

Neftçala rayonunun Kür çayı boyu yerləşən kəndlərinin su təminatının yaxşılaşdırılması işlərinin satın alınması

13 100 161

08.09.2022

3

“AZƏRSU” ASC

Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması

9 020 554

24.06.2022

4

“AZƏRSU” ASC

Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması

12 901 025

22.06.2022

5

“AZƏRSU” ASC

Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması üçün mövcud qurğuların əsaslı təmiri” işlərinin satın alınması

8 631 265

05.08.2021

6

“AZƏRSU” ASC

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 1752 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 02 iyul tarixli 2138 nömrəli Sərəncamının icrası məqsədilə “Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması (I mərhələ)” işlərinin satın alınması

3 891 680

05.01.2021

7

“AZƏRSU” ASC

“Binəqədi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”

987 000

30.10.2019

8

“AZƏRSU” ASC

“Biləcəri qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”

789 600

30.10.2019

9

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Bakı-Şamaxı-Yevlax (12 km)-Xocasən qəsəbəsi avtomobil yolunun əsaslı təmiri işlərinin satın alınması

2 800 000

19.04.2019

10

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Hövsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən avtomobil yolunun əsaslı təmiri işlərinin satın alınması

3 000 000

19.04.2019

Bənzər yazılar

0.14236688613892