Azərbaycanda dərmanların qiymətinə dəyişiklik ediləcək

 28-04-2022

“Dərman preparatları ilə bağlı Nazirlər Kabineti yanında xüsusi Komissiya yaradılıb. Komissiya həvalə edilən işi demək olar ki, yekunlaşdırmaq üzrədir”.

Oxu.Az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev bu gün keçirilən tədbir zamanı deyib.

T.Musayev onu da əlavə edib ki, bu sahənin Azərbaycanda sürətli inkişafı üçün bir sıra addımlar atılacaq: “Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinə dair müəyyən dəyişikliklərin olması nəzərdə tutulur. COVID-19 peyvəndlərinin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur”.

Nazirin fikrincə, gözlənti elədir ki, kollektiv immunitet nəticəsində ola bilər pandemiyanın sona çatdığı elan olunsun: “Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə, kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa, ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.

Bənzər yazılar

0.20593118667603