Rusiya telekanalının əməkdaşları Xankəndi-Laçın yolunda ÇƏKİLİŞLƏR APARIRLAR - VİDEO

 13-01-2023

Rusiya telekanalının əməkdaşları Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilən ərazidə çəkiliş aparıblar.

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, etiraz aksiyası davam edir.

Qeyd edək ki, bu gün aksiya yerinə bir qrup xarici media orqanının əməkdaşları gəliblər.

Bu sıraya İtaliyanın “İl Giornale” qəzeti, İspaniyanın ABC qəzeti, EFE agentliyi (Azərbaycandakı müxbiri), Macarıstanın “Magyar Nemzet” qəzeti, Türkiyənin “CNN Türk” agentliyi, “Milliyet” qəzeti, “Haber Global” telekanalı, Rusiyanın “News.ru”, “Vestnik Kavkaza” KİV-ləri, Böyük Britaniyadan araşdırmaçı jurnalisti Taras Kuzio daxildir.

AzTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Bənzər yazılar

0.15130209922791