Yazıçı və ssenarist Şəfaqət Cavanşir (Mizəyevə Şəfaqət Cavanşir qızı) ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC-yə (VÖEN – 1403588261) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Appelyasiya Məhkəməsinin hakimi Rəşad Həsənovun icraatına verilib.
Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin sahibi Zaur Darab-zadəyə məxsus olduğu bildirilir.
“Cinemazadeh” MMC-yə məxsus olan və hazırda fəaliyyət göstərməyən “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadədir.
Onu da bildirək ki, bir neçə ay əvvəl Azərbaycanın aparıcı banklarından biri olan “Azər-Türk-Bank” ASC də “Cinemazadeh” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com