"İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar".
MillətinSəsi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb:
"Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb".