Azərbaycanda daha bir məktəb direktorunun biabırçı görüntüləri gündəm olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bu dəfə videosu ilə gündəmə gələn İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevdir.
Direktor “Bəxt üzüyü” filmindəki “Moşu”nun Seda ilə dialoqunu yamsılayan "TikTok"er xanımın hərəkətlərinə qeyri-adi qarşılıq və reaksiyalar verib.
Direktorun etik olmayan bu hərəkətləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Şərhlərdə məktəb direktorunun statusuna və işgüzar nüfuzuna xələl gətirdiyi kimi şərhlər verilib.
Azərbaycan Elm və Təhsil Nazirliyi İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayev ilə bağlı "Tik-Tok”-da yayılan videoya aydınlıq gətirib.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, məlum video ilə bağlı araşdırma aparılır: "Regional təhsil idarəsinə məlumat vermişik, məsələni araşdırsın və nazirliyə məlumat versin. Bu şantaj xarakterli də ola bilər”.
Qeyd edək ki, İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevin "Tik Tok”da videosu yayılıb. Videoda Ə. İsayev yorğan-döşək yığılan çarpayının üzərinə çıxaraq qəribə hərəkətlər edib. Direktorun bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.