Bakıda səkkiz yaşlı uşağın İNTİHAR SƏBƏBİ BİLİNDİ

 27-04-2022

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu Naxçıvani küçəsi ev 36-da qeydə alınıb. İntihar edənin azyaşlı olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarından Lent.az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, intihar edən İran vətəndaşıdır və onun 8 yaşı var. Belə ki, 2014-cü il təvəllüdlü Ruin Tən Nəmin Kənan İləc yaşadığı evdə özünü asıb.

Bundan başqa, ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsinin səbəbi bəlli olub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R. yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, səkkiz yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N.-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və səkkiz yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

0.41133999824524