“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqların məbləği minimum əməkhaqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əməkhaqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi”.
Bunu iqtisadçı, deputat Vüqar Bayramov öz “Facebook” hesabında paylaşıb.
O, paylaşımda qeyd edib ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün diferensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı:
“Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu, nəticədə minimum əməkhaqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər.
Müraciətlərin sayını nəzərə alaraq bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini təqdim edirik:
Bakı şəhəri üzrə:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 172,5 manat
Digər sahələrdə çalışan sahibkarlar- 86,25 manat
Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 155,25 manat
Digər sahələrdə çalışan sahibkarlar- 77,62 manat
Digər şəhərlərdə çalışanlar üçün:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 138 manat
Digər sahələrdə çalışan sahibkarlar- 69 manat
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 103,5 manat
Digər sahələrdə çalışan sahibkarlar- 51,75 manat
Kənd yerlərində:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 86,25
Digər sahələrdə çalışan sahibkarlar- 43,12 manat.
Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqlarında dəyişikliklər olacaq:
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - 17,25 manat
Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət - 17,25 manat
Çəkməçi, pinəçi - 10,35 manat
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - 10,35 manat
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - 10,35 manat
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti - 10,35 manat
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 10,35 manat
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər - 10,35 manat”.