Muxtar Məmmədov Azərbaycanın İsraildə səfiri TƏYİN EDİLİB

 11-01-2023

Muxtar Məmməd oğlu Məmmədov Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Muxtar Məmmədov Azərbaycanın yəhudi dövlətində ilk səfiridir.

2022-ci ilin noyabrında Azərbaycan İsraildə səfirlik açıb.

Muxtar Məmmədov 1983-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin, Belçika Avropa Kollecinin, Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

2005-2013-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətdə olub.

2013-cü ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Bənzər yazılar

0.87482190132141