Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb.
APA xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət xeyrinə 20% tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.
Qeyd edək ki, Dəniz Əsədovadan bəstəkar-müğənni Cabbar Musayev xüsusi ittiham qaydasında şikayət edib. C.Musayev müğənninin onu təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə müraciət edib.