Vladimir Putin xəstədir? – VİDEO

 26-04-2022
Rusiya Federasiyası prezidenti Vladimir Putinin səhhətində yeni problemlərin olması iddia edilir.
 
MillətinSəsi.info xəbər verir ki, bu iddialar Putinin kilsə mərasimindən yayılan görüntülərindən sonra ortaya çıxıb.
 
Belə ki, kilsədəki kadrlarda Putinin dodaqlarını dişləməsi, əyilməsi və qeyri-sabit görünməsi əks olunub.
 
Daha əvvəl isə V. Putinin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı masadan yapışaraq baş barmağını və ayağını döyməsi əks olunan videodan sonra da onun səhhəti şübhə altına alınıb.
 
“Daily Mail” nəşri Putinin dodaqlarını yalamasına diqqət çəkərək, onun haqqında parkinson xəstəliyi iddiasını yenidən gündəmə gətirib.
 
 

Bənzər yazılar

0.23943710327148