Oğuzda yollar buz bağlayıb, HƏRƏKƏT MƏHDUDLAŞDIRILIB

 10-01-2023

Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb, çoxlu sayda nəqliyyat vasitəsi yolda qalıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hərəkət, əsasən, şəhərin Heydər Əliyev prospektində məhdudlaşıb.

Gecə temperaturun xeyli düşməsi yolların buz bağlamasına səbəb olub. Bu gün səhər saatlarından isə minik avtomobillərinin hərəkətində çətinliklər yaranıb.

Sürücülər isə “Report”un yerli bürosuna açıqlamalarında şəhərin daxili küçələrinin təmizlənmədiyini bildiriblər.

Bənzər yazılar

0.46821093559265