Bakıda qar nadir hadisələrdəndir. İldə iki gün yağa, ya da yağmaya. Ötən gün yağan qar da bir tərəfdən, gözəl görüntülər ortaya çıxardısa, digər tərəfdən, çətin anların yaşanmasına səbəb oldu.
Yolların buz bağlaması səbəbilə həm nəqliyyatın, həm də vətəndaşların hərəkəti bir qədər çətinləşdi. Mərkəzi küçələrdə səkilərə döşənən mərmərlər isə vəziyyəti daha da qəlizləşdirdi.
Bütün bunlara baxmayaraq, insanlar qar sevincini doyunca yaşadılar. Gecə saatlarında qaranlıq havada ağ örpəyin yaratdığı görüntü isə Bakıya ayrı bir gözəllik qatdı.
PhotoStock.az-ın Bakının qarlı gecəsindən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az