İsmayıllıda qarlı-küləkli havanın təsirindən tövlə damı uçub, ev sahibi xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şəbiyan kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü İlhamə Aslanova təmizlik işləri aparmaq üçün tövləyə girib. O, içəridə olarkən tövlənin üzərinə yağan qar ağırlıq yaradıb. Külək isə damı silkələyərək uçurub. Uçqunun altında qalan qadın xəsarət alıb.
Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan İ.Aslanovaya tibbi yardım göstərildikdən sonra evə buraxılıb.