Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu LƏĞV EDİLİB

 09-01-2023

Azərbaycanda şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna edilmiş dəyişiklik sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıyır.

Bənzər yazılar

0.14209914207458