“Bolt Food” kuryerləri bu gün saat 10:00-20:00 arası şirkətin mobil tətbiqini bağlayacaq və işə çıxmayacaqlar.
MillətinSəsi.info xəbər verir ki, bu barədə “İşçinin səsi” səhifəsi məlumat yayıb.
Bildirilib ki, “Bolt Food” kuryerləri tətil çağırışında bunları deyib:
“26 apreldə işə çıxmayaq, onda Bolt başa düşər ki, biz olmasaq, heç kimin işi getməyəcək. Nə qədər 1 manat 50 qəpiyə sifariş daşıyacağıq?! 10 km yol gedirsən, 4 manatı güclə yazır. Əgər köhnə kuryersənsə, bilirsən ki, bir zamanlar xərclədiyin zaman, əmək qarşılığında haqq etdiyin qazancı əldə edə bilirdin.
İndi isə aylıq DSMF ödənişi 62.50 AZN-dən 75 AZN-ə, tibbi sığorta ödənişi isə 10 AZN-dən 12 AZN-ə qalxıb, maaşlar isə 1.90-dan 1.50-yə düşüb.
Hadisələrə biganə qalmaq, gedişatın izləyicisi olmaq istəmirsənsə, 26 apreldə proqramı oflayn et və bizimlə ol. Gəlin bir-birimizə dəstək olaq. İndi birlik vaxtıdır”.
Qeyd edək ki, aprelin 22-də də “Wolt” şirkətində işləyən 100-dən çox kuryer maaş artımı tələbilə tətil edib işə çıxmayıblar.