Sosial şəbəkələrdə “cover” ifaları ilə məşhurlaşan müğənni Nahidə Babaşlının iti avtomobil qəzasında ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında bildirib:
“Canımdan çox sevdiyim Köpüyümü avtomobil qəzasında itirdim. Nə yazsam, nə desəm kədərim azalmır. İlk dəfə gəzdirməsi üçün birinə verdim, onda da qucağımda can verdin. Köpük mənim hər şeyim idin”.
Nahidə Babaşlı bu hadisədən sonra ölkədən gedəcəyini və bir də qayıtmayacağını açıqlayıb:
“Qəza Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım, bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqır. Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də başınıza çırpın”.
Sözügedən paylaşımı təqdim edirik: