“AG Telekom"un mühasibatlığında QANUN POZUNTUSU – Samir Qurbanov CƏRİMƏLƏNƏ BİLƏR

 07-01-2023

“AG Telekom”a vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

“Qaynarinfo.az” xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərini pozub.

İttihama görə, şirkətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, mühasibat uçotu aparılmayıb.

İddia təsdiqini taparsa, “AG Telecom” rəhbərliyini min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə gözləyir.

İşə Yasamal Rayon Məhkəməsində hakim Raud Daşdəmirovun sədrliyi ilə baxılacaq.

KATV1 kabel televiziyası operatorunun sahibi kimi tanınan “AG Telecom” şirkətinin rəhbəri Samir Qurbanovdur.

Mənbə Qaynarinfo.az

Bənzər yazılar

0.14778184890747