Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.
MillətinSəsi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən APA-nın müvafiq sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
"Yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir", - deyə bildirilib.