Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.
Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyindən verilən məlumata görə, danışıqlar zamanı Ələt Azad İqtisadi Zonasının resurslarından və imkanlarından birgə istifadəyə əsaslanan investisiya, nəqliyyat və logistika əməkdaşlığının qurulması perspektivləri müzakirə olunub.
O cümlədən, AİZ-in rəhbəri Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla zonanın ərazisində tələbat olan qida, dəri və ayaqqabı, tekstil və digər yüksək əlavə dəyərli məhsulların istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi və Avropa İttifaqı, MDB və digər ölkələrə ixracın təşkil olunması məsələləri danışılıb.
“Bakı Limanı”nın baş direktoru Taleh Ziyadovla nəqliyyat-logistika əlaqələrinin daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib, xüsusilə konteyner daşımalarının həcminin artırılması və Ro-Ro tipli yüklərin dəniz limanları vasitəsilə daşınması istiqamətində tədbirlərin görülməsi müzakirə olunub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bazasında Özbəkistan anbarlarının və konteyner terminallarının açılması perspektivləri və iki ölkənin əraziləri vasitəsilə yüklərin, o cümlədən zəruri malların qarşılıqlı daşınması məsələlərinin müzakirəsi üçün Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə Komissiyanın iclasının keçirilməsi vurğulanıb.
Mənbə: Gazetabirja.uz