Biləsuvar şəhər mərkəzinin və 4 kəndin qaz təchizatında FASİLƏ YARANIB

 06-01-2023

Biləsuvar rayonunda traktor 7 min abonenti qazsız qoyub.

“Report” xəbər verir ki, hadisə şəhərin Dəyirman adlanan hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə traktorla qazıntı işi aparılan zaman daşıyıcı qaz xətti zədələnib.

Nəticədə, ilkin məlumata görə, Biləsuvar rayonunda 7 min abonent qazsız qalıb.

Bildirilib ki, qaz verilişinin sabaha bərpa olunması gözlənilir.

Biləsuvar şəhər mərkəzinin və 4 kəndin qaz təchizatında fasilə yaranıb, Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə. Lənkəran Regional qaz istismarı İdarəsindən daxil olan məlumata əsasən, Biləsuvar xidmət sahəsi ərazisində yerləşən, Biləsuvar QPS-dən qidalanan PE -225 mm-lik qaz xətti kənar şəxslər tərəfindən qazıntı işləri aparılarkən zədələnib.

Nəticədə QPS-dən qidalanan şəhər xətti istiqamətində Biləsuvar şəhərinin bir hissəsinin, Əliabad, Zəhmədabad, Xırmandalı və Bəydili kəndlərinin qaz təchizatında saat 21:00-dan etibarən müvəqqəti fasilə yaranıb.

Bənzər yazılar

0.14207887649536