Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli 34 ünvanında sakinlər evlərində olduğu halda söküntü işləri aparılır.
Bu barədə Meydan TV görüntülər yayıb.
“İnsanlar evlərində yaşaya-yaşaya gəlib evi dağıdırlar. Hətta 1 nəfər hazırda komadadır, vəziyyəti çox ağırdır. Traktorun altında qalıb, daha doğrusu traktoru bilərəkdən onun üzərinə sürüblər. Üzümaskalı insanları gəlib töküblər bura, məhəllədə olan qadınları döyüblər”, - videoda danışan şəxs hadisəni belə şərh edib.
Bildirilib ki, söküntünü "Capital City" MTK-nın apardığı deyilir.
Sakinlər işçilərin onları zorla, döyərək evdən çıxardığını deyirlər.
Daha ətraflı: