Sosial şəbəkələrdə Suqovuşan su anbarının suyunun səviyyəsinin gözəçarpacaq dərəcədə enməsinin görüntüləri yayılıb. Bu, sosial şəbəkə istifadəçilərinin narahatlığına səbəb olub.
Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin Baş mühəndisi Mehman Kərimov məsələ ilə bağlı Milletinsesi.info-a açıqlamasında qeyd edib ki, Suqovuşan su anbarında suyun səviyyəsinin aşağı düşmə səbəbi orada gedən təmir-bərpa işləridir:
“Suqovuşan su anbarının dib qapıları 30 ildən artıq müddətdə təmir olunmayıb. Hazırda həmin qapılar təmir edilir. Bununla əlaqədar tərəfimizdən məqsədli şəkildə suyun səviyyəsi aşağı salınıb. Sərsəng su anbarından buraxılan su həmin dib qapıları vasitəsilə Tərtər çayına axıdılır və təsərrüfatlara verilir”.
Sayad Həsənli