Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 41,9% artaraq 1 milyard 378,9 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9%-i hüquqi şəxslərin, 50,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 38% artaraq 684 milyon manat olub.