"Kubinka" və "Papanin"də ƏMƏLİYYAT: 14 nəfər SAXLANILDI- VİDEO

 25-04-2022

Dəfələrlə Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Hətta elə olub ki. bu cür əməliyyat zamanı 40 nəfərdən çox adam saxlanılıb. Növbəti belə əməliyyat paytaxtın Nəsimi rayonunda keçirilib. Əməliyyat zamanı narkotik satan və silah saxlayan 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Naqan” markalı tapança və 6 ədəd patron aşkar olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və Nail Bəkirov saxlanılıb. Elvin Məmmədovun üzərindən 1 ədəd “Naqan” markalı tapança, 6 ədəd patron və külli m miqdarda heroin aşkar edilib. Nail Bəkirovun üzərində şəxsi axtarış aparılan zaman isə 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib.

İdarənin son 10 gündə keçirdiyi digər əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və  elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Bənzər yazılar

0.19146203994751