Bakıda kafe və restoranlarda QİYMƏTLƏR ARTIB - VİDEO

 02-01-2023

Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir.

Xezerxeber.az-ın məlumatına görə, artım xüsusilə bayram günləri daha çox hiss edilir.

Müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb.

Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilib ki, restoranda müştərilərə verilən meyvə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.13895487785339