2022-ci illə vidalaşırıq. Bununla əlaqədar olaraq ötüb-keçən ilin Azərbaycan və dünya üçün əhəmiyyətli hadisələrindən bəzilərini sizə xatırlatmaq qərarına gəldik.
İlk olaraq qeyd edək ki, BMT-nin qərarı ilə kiçik balıqçılara, balıqçılıq təəsrrüfatlarına dəstək vermək məqsədilə 2022-ci il Beynəlxalq Balıqçılıq və Akvakultura ili elan olunmuşdu.
Azərbaycanda isə Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci il elan olunub.
Yanvar
2 yanvar - Qazaxıstanda bazar qiymət mexanizminə keçidlə əlaqədar maye qazın qiymətində yanvarın 1-də kəskin artım oldu. Bununla əlaqədar bir gün sonra ölkəboyu kəskin başladı (sonradan bu etirazlar “Yanvar Hadisələri” və ya “Qanlı Yanvar” kimi tanındı). Nümayişlər iqtisadi tələblərdən keçdi. Bu hadisələr nəticəsində ölkədə baş nazir də daxil olmaqla səkkiz nazir, dövlət katibi, parlamentin Aşağı Palatasının sədri dəyişdi, Nursultan Nazarbayev hakim “Nur Otan” partiyasının lideri vəzifəsini və Qazaxıstan Təhlükəsizlik Şurasında postunu itirdi (Onu Kasım-Jomart Tokayev əvəzlədi).
13 yanvar - Şahzadə Endryu titullarından və “Əlahəzrət” adından .
14 yanvar - Tonqa vulkanında (Hunqa-Tonqa-Hunqa-Haapai) püskürmə. Son hesab edilən təbiət hadisəsi nəticəsində yaranan atmosfer dalğaları Yer kürəsini bir neçə dəfə dövrə vurdu. Kül sütunu isə 58 kilometr hündürlüyə qalxaraq stratosferə çatdı. Bundan əlavə, püskürmə beş nəfərin ölümünə səbəb olan sunami ilə nəticələndi.
23 yanvar - Ermənistan prezidenti yollandı.
Fevral
4-20 fevral - Pekində keçirildi. Azərbaycanı bu yarışda bir idman növü üzrə iki idmançı - fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova - təmsil etdi. yarışı 24 idmançı arasında 18-ci yerdə (239,19 xalla) başa vurdu. 179,97 xalla olimpiadanı 15-ci yerdə bitirdi.
24 fevral - Rusiyanın Ukraynaya Kiyev vaxtı ilə təxminən səhər saat 5-də başlayan hücumda Rusiya qoşunları Ukrayna ərazisinə Rusiya, Krım və Belarusdan daxil olub.
Mart
13 mart - Ermənistanın prezidenti vəzifəsinin icrasına başladı.
18 mart - Türkiyədə dünyanın ən uzun mərkəz açıqlığına malik asma körpü açıldı. Çanaqqala boğazından keçən körpü “” adını aldı. 2017-ci il martın 18-də inşasına başlanılan yeni körpü 2 023 metr uzunluğunda mərkəz açıqlığına malikdir. Altızolaqlı (hər istiqamətdə üç) asma körpünün ümumi uzunluğu isə 4 608 m-ə çatır.
21 mart - Kunmin-Quançjou marşrutunu həyata keçirən “China Eastern Airlines”a məxsus “Boeing 737” sərnişin təyyarəsi Ten qraflığında . Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olub. Son məlumatlara görə, istintaq tamamlanmayıb.
26 mart - Azərbaycan Ordusunun tam nəzarəti altına keçib. Həmçinin, ətrafındakı yüksəkliklərin alınması ilə Ağdam şəhəri və rayonun doqquz kəndi düşmənin vizual nəzarətindən çıxarılıb, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.
Aprel
10 aprel və 24 aprel - Fransada prezident seçkisinin birinci və ikinci turu. Yekunda “En Marche!” (“İrəli!”) hərəkatının lideri Emmanuel Makron Fransada prezident seçkisində 66,06% səs toplayaraq .
May
10-14 may – “Avroviziya” mahnı yarışı. Turində (İtaliya) keçirilən 66-cı mahnı müsabiqəsində 40 ölkə iştirak edib. “Stefaniya” mahnısı ilə “Kaluş Orkestri” qrupunun təmsil etdiyi Ukrayna olub. Azərbaycanı “Fade To Black” mahnısı ilə təmsil edən 106 səslə müsabiqədə 16-cı yeri tutub.
İyun
5 iyun - Qazaxıstanda Konstitusiya keçirilib.
22 iyun - Əfqanıstanın Paktika və Xost vilayətlərində 6,1 bal gücündə baş verib. Təbii fəlakət nəticəsində 1 500 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb.
İyul
7 iyul - Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas ideoloqlarından biri Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar partiyasının lideri vəzifəsindən istefa verdi.
8 iyul - Yaponiyanın keçmiş baş naziri seçki proqramı çərçivəsində Nara şəhərində insanlar qarşısında çıxış edərkən sui-qəsdə məruz qalıb. Hücum edənin Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən Tetsuya Yamaqami olduğu üzə çıxıb. Hücumçu saxlanılıb.
31 iyul - ABŞ Əfqanıstanda “Əl-Qaidə” lideri məhv edib. ABŞ “Əl-Qaidə” liderini itki vermədən necə məhv etdiyini açıqlayıb. Əməliyyatın uğurlu olmasının səbəblərindən biri də terrorçunun vərdişlərinin öyrənilməsi olub. Mənbənin bildirdiyinə görə, iyulun 31-də Günəş çıxandan bir saat sonra Ayman əz-Zəvahiri Kabilin mərkəzindəki evin eyvanına çıxıb. ABŞ iki raket zərbəsi ilə 71 yaşlı terrorçunu öldürüb. Raket zərbələrinə baxmayaraq, terrorçunun həmin vaxt evdə olan arvadı və qızı xəsarət almayıblar. Həmçinin xüsusi tipli raketlər sayəsində də bu əməliyyatı uğurla tamamlamaq mümkün olub.
Avqust
2 avqust – Nensi Pelosinin Tayvana . Bununla Tayvan ətrafında vəziyyət daha da mürəkkəbləşdi. Pekin bu səfəri “Vahid Çin” prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab etdi, bölgədə bir sıra hərbi təlimlərə başladı.
3 avqust - Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı həyata keçirib. Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yayılan bəyanatında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin ordumuzun bölmələrinə qarşı terror-təxribat əməli törətdiyini, nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olduğunu bildirib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
12 avqust – hind əsilli britaniyalı yazıçı, “Buker” mükafatı laureatı Nyu-Yorkda təhsil mərkəzində çıxış etməyə hazırlaşarkən 24 yaşlı nyu-cersili Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb. Yazıçı sui-qəsdə cəhd nəticəsində bir gözünün görmə qabiliyyətini itirib və bir qolundan .
14 avqust - İrəvanda bazarında partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, onlarla insan yaralanıb, bir nəfər isə itkin düşmüş hesab olunur.
26 avqust - şəhəri ətraf kəndlərlə birlikdə Azərbaycan Ordusunun nəzarətinə qayıtdı. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
— İlham Əliyev (@azpresident) August 26, 2022
Yaşasın Laçın!
Yaşasın Azərbaycan!
Sentyabr
5 sentyabr - Böyük Britaniyanın yeni baş naziri təyin edildi. Trass Böyük Britaniyanın 56-cı (və ya bir neçə dəfə bu vəzifəni tutanlar nəzərə alınmaqla 78-ci), kraliça II Elizabetin dövründə isə 15-ci baş nazir oldu. O, həmçinin Marqaret Tetçer (1979-1990) və Tereza Meydən (2016-2019) sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın idi.
8 sentyabr - Böyük Britaniya kraliçası II Elizabet Şotlandiyanın Balmoral qəsrində 96 yaşında . Kraliça 1952-ci il fevralın 6-dan 214 gün taxtda oturub, bu, kraliça Viktoriyanın hakimiyyətindən, demək olar ki, yeddi il çoxdur. Böyük Britaniyanın yeni monarxı mərhum kraliçanın böyük oğlu oldu.
12 sentyabr - gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı törədilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun həyata keçirdiyi zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Qarşı tərəfin ümumilikdə 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd “S-300” və iki ədəd “S-125” divizionlarının start mövqeləri darmadağın edilib. Ümumilikdə düşmənin 450 nəfər canlı qüvvəsi məhv edilib.
16 sentyabr - baş örtüyünü düzgün bağlamadığına görə saxlanılan 22 yaşlı ilə İranda bu günə qədər davam edən aksiyalara başlanıldı.
21 sentyabr - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə elan edib.
26 sentyabr – İjevsk (Rusiya) məktəbində . Məktəbin məzunu 1988-ci il təvəllüdlü Artyom Kazantsev sinif otağına girərək iki tapançadan açdığı atəş nəticəsində 7-15 yaşlarında 11-i uşaq olmaqla 17 nəfər həlak olub, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bundan sonra o, dördüncü mərtəbədəki kabinetə girərək .
26 sentyabr - “Nord Stream Aktiengesellschaft” şirkətinin “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində . İsveç Seysmik Mərkəzinin sözçüsü Byorn Lund sızmaların olduğu ərazidə iki güclü sualtı partlayışın qeydə alındığını söyləyib. Qəza yerində partlayıcı maddələrin aşkar edilib.
Oktyabr
1 oktyabr - İndoneziyada futbol stadionunda nəticəsində faciə. Basabas nəticəsində 182 nəfər ölüb, 309 nəfər yaralanıb.
6 oktyabr - Tailandda hücum. Silahlı şəxs qarşısına çıxanları gülləbaran edib. Nəticədə azı 34 nəfər həlak olub, onlardan 22-si uşaqdır.
8 oktyabr – Krım körpüsündə .
14 oktyabr - Türkiyənin vilayətinin Amasra rayonunda mədəndə partlayış. Faciə zamanı yerin altında 115 nəfər olub. Onlardan 41-i həyatını itirib.
20 oktyabr - Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri vəzifələrindən istefa verdi. O, Britaniya tarixində ən qısamüddətli baş nazir oldu.
26 oktyabr - İranın Şiraz şəhərində ziyarətgaha 20 nəfərin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən . Terrorda məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürdü.
28 oktyabr - Amerikalı milyarder İlon Mask 44 milyon dollara .
29 oktyabr - “Hellouin” bayramında faciə. Bayram zamanı yaranan basabasda 156 nəfər həlak oldu.
30 oktyabr - Hindistanın Morvi şəhərində uçdu, azı 141 nəfər həlak oldu.
Noyabr
1 Noyabr – İsraildə keçirilən parlament seçkilərində keçmiş baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası .
3 Noyabr – Pakistanda Qucranvala rayonunda yürüş zamanı keçmiş baş nazir sui-qəsd cəhdi. Odlu silahla hücum zamanı sabiq hökumət başçısı da daxil olmaqla 13 nəfər yaralandı, bir nəfər isə həlak oldu.
5 noyabr - Rusiyada Kostroma vilayətində “Poliqon” gecə klubunda yanğın baş verib. Hadisəyə səbəb 23 yaşlı Stanislav İonkinin müştərilərlə mübahisədən sonra tavana ovda istifadə olunan siqnal qurğusundan (fişəng) . Bundan sonra o, hadisə yerindən qaçıb. Klubda baş verən faciə nəticəsində 15 nəfər həlak olub.
15 noyabr - Dünya əhalisinin sayı oldu.
20 noyabr - başladı.
Dekabr
5 dekabr - G7 ölkələri, Aİ və Avstraliya Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar tətbiq edib.
7 dekabr - : parlamenti buraxmaq üçün uğursuz cəhddən sonra prezident Pedro Kastilyo hakimiyyətdən uzaqlaşdırıldı və həbs edildi, onun yerini vitse-prezident Dina Boluarte tutdu və o, ölkənin ən yüksək vəzifəsində ilk qadın oldu.
12 dekabr - Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə aksiyasına başladılar.
12-13 dekabr - Konqo Demokratik Respublikasında leysan yağışlar nəticəsində 141 nəfərin ölümü ilə nəticələnən güclü daşqınlar. Təbii fəlakət nəticəsində paytaxt Kinşasa suyun altında qalıb, yollar, infrastruktur və bir çox yaşayış binaları dağılıb. Ümumilikdə 12 milyon insan daşqınlardan zərər çəkib.
18 dekabr - Qətərdə keçirilən . Argentina millisi finalda Fransa yığmasına penaltilər seriyasında qalib gələrək (əsas hesab 3:3) 3-cü dəfə çempion olub. Final oyunu Lusail şəhərindəki Milli Stadionunda keçirilib.
21 dekabr - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib. Rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
29 dekabr - futbol üzrə üçqat dünya çempionu vəfat edib. Uzun müddət bağırsaq xərçəngindən zəiyyət çəkən 82 yaşlı korifey futbolçunun səhhəti son həftələrdə koronavirusa yoluxması ilə daha da ağırlaşmışdı. Onun ölümü ilə əlaqədar vətəni Braziliyada elan olunub. Qeyd edək ki, peşəkar karyerası ərzində Pele 1 363 matçda 1 281 qol vurub. O, “Santos”un heyətində 1 116 oyunda 1 091, millidə isə 92 oyunda 77 qol vurub ki, bu da dünya rekordudur.
31 dekabr - 265-ci Roma Papası vəfat etdi. Alman kardinal, görkəmli ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq papalıq taxtına çıxıb. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Roma Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah etmişdi.
Emilya Tağıyeva