2008-ci il böhranından sonra qlobal iqtisadiyyata vurulan ƏN GÜCLÜ ZƏRBƏ- 30 TRİLYON DOLLAR

 31-12-2022

Qlobal fond birjaları və istiqraz bazarları 2022-ci ildə ümumilikdə 30 trilyon dollara qədər itirib.

“Financial Times”ın məlumatına görə, bu, 2008-ci il böhranından sonra qlobal iqtisadiyyata vurulan ən güclü zərbədir.

Əsasən Nyu-York, Şanxay və Frankfurt-Maynda fond bazarları əhəmiyyətli dərəcədə təsirlənib, “S&P 500” indeksi təxminən 20%, “Nasdaq” fond indeksi isə 33% ucuzlaşıb. Çində - Şanxay və Şençjendə “CSI 300” indeksi xeyli aşağı düşüb: yuanda 22%, dollarda isə 28%.

Bundan əlavə, 2022 MSCI Bütün Dünya İnkişaf etmiş və İnkişaf etməkdə olan Bazarlar İndeksi öz dəyərinin 20%-ni itirib.

Bənzər yazılar

0.13860487937927