“Gələn il Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter” hesabında bildirib.
“Dəyişikliklər bu sahədə fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan şəxslərə vergi güzəştlərini və işçilərə məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı güzəştləri nəzərdə tutur. Həmçinin əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq”, - deyə o əlavə edib.
Cənab Prezident İlham Əliyevin qanunvericiliyə müvafiq dəyişiklikləri təsdiqləməsi ilə 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycanda İKT sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək.
— Rashad Nabiyev (@RashadNNabiyev) December 31, 2022