Mikayıl Cabbarov: “Bu il Azərbaycanın ixrac etdiyi məhsulların sayı 12% artıb”

 30-12-2022

Bu il Azərbaycanın ixrac etdiyi məhsulların sayı 12% artıb.

Milletinsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İTV telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan məhsulların ixrac çoğrafiyasını da genişləndirib: "Bu 1 il üçün çox yaxşı göstəricidir".

M.Cabbarov qeyd edib ki, Azərbaycanın qeyri-neft ixracında sənaye məhsullarının payı 62%-dən çoxdur: "Bu da, çox yaxşı göstəricidir. Qalan 38 % isə kənd təsərrüfatı məhsulları və ondan emal nəticəsində əldə edilən məhsulların ixracı təşkil edib".

Bənzər yazılar

0.14616179466248